“Şaxtyor”un və “Mançester Siti”nin sabiq hücumçusu Olarenvajunun həyat yoldaşı, eyni zamanda futbolçunun agenti Kayode Dora top-klublarda uğursuz təcrübədən sonra ərinə karyerasını canlandırmaqda necə kömək etdiyi haqda danışıb.
“Olarenvaju böyük klubları xoşlayırdı (“Mançester Siti” onlardan biri idi), lakin bəzən bu böyük klublarda çoxlu oyunçu olur və siz çətin vəziyyətdə qalırsınız.
Pis olduğunuzu demirəm, amma çox istedadlı futbolçular var ki, məşqçilər onlara üstünlük verir. Həmçinin, bəzi məşqçilər əvvəlki klublarında münasibətdə olduqları müəyyən oyunçulara üstünlük verirlər və bununla bağlı heç nə edə bilməzsiniz. Bu o deməkdir ki, dəyər verilən yerə getməlisən. Lazım olan yerə getməlisən. Bu, ümumiyyətlə həyata aiddir. Bizə lazım olan və dəyər verilən yerə getməliyik.
Ora gedəndə parlayacaqsan, sadəcə özünü tapacaqsan. Beləliklə, Kayode geri döndü. O, kef edir, təzyiq altında deyil. Bunu etmək asandır və bu belə olmalıdır. Və bilirik ki, mövsümün sonunda o, digər klublar üçün hədəf olacaq. Bu amil də bizim üçün işləyir.
O, karyerasını bitirənə qədər oynamağa və imkanlarının ən yüksək həddinə qalxmalıdır. Onun üçün planımız budur və o, Türkiyədə həyatdan həzz alır. “Dayan” deməyincə, davam edəcək. Təbii ki, klublar gəlir, danışırlar olur, mövsümün sonunda oturub yenidən qərar verəcəyik ki, hara gedəcək”, -Dora Kayode bildirb.
Xatırladaq ki, bu il sentyabrın əvvəlində Olarenvaju Kayode “Şaxtyor”dan ayrılaraq azad agent kimi Türkiyənin birinci liqasında çıxış edən “Gənclərbirliyi”nə keçib və burada artıq 10 matçda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.
Aut.az