Premyer Liqa klubundan “Beşiktaş”a təklif: 15 milyonu al, onu ver
“Fulhem” “Beşiktaş”ın hücumçusu Semih Kılıçsoyun transferi ilə bağlı danışıqlar aparır.
Aut.az xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.
Mənbənin məlumatına görə, İngiltərə klubu forvardın 15 milyon avroya alınması təklifi ilə çıxış edib və bu təklifə Türkiyə klubunun rəhbərliyi tərəfindən cavab verilməyib. “Beşiktaş”ın təklifin artırılmasını tələb etdiyi vurğulanır və qeyd olunur ki, yaxın vaxtlarda danışıqlardavam etdiriləcək.
18 yaşlı Semih Kılıçsoy “Beşiktaş”ın yetirməsidir. Bu mövsüm bütün yarışlarda forvard 30 matçda 11 qol vurub və 2 məhsuldar ötürmə verib. Almaniyanın nüfuzlu “Transfermarkt” internet portalının məlumatına görə, Kılıçsoyun bazar dəyəri 8 milyon avrodur.
Aut.az
