Alonso onu “Real”dan “Çelsi”yə gətirmək istəyir
“Çelsi”nin baş məşqçisi Xabi Alonso komandanın yarımmüdafiə xəttini “Real Madrid” oyunçusu ilə gücləndirmək istəyir.
Aut.az xəbər verir ki, bu barədə “The Chelsea Chronicle” məlumat yayıb.
Mənbənin məlumatına görə, Alonso fransız yarımmüdafiəçi Eduardo Kamavinqanı yeni komandasına cəlb etmək istəyir. 23 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədərdir. Onun bazar dəyəri 50 milyon avro qiymətləndirilir.
İspaniya çempionatında ötən mövsüm Kamavinqa 29 oyun keçirib, 1 qol vurub və 2 sarı vərəqə alıb.
Aut.az
