İngiltərə

“Siti” özü ilə razılaşdı, qaldı klubu

“Mançester Siti” yayın növbəti transfer bombası partlatmaq üzrədir.

Aut.az xəbər verir ki, “şəhərlilər” “Leyptsiq”in xorvat ulduzu Yoşko Qvardiolla şifahi razılığa gəlib. Bu barədə “Sky Sport Deutschland” kanalı məlumat yayıb.

Bildirilir ki, “Siti” Almaniya klubuna 80-85 milyon avroluq təklif göndərəcək. “Leyptsiq” isə xorvatiyalı müdafiəçi üçün 100 milyon avro tələb edir. Bununla belə, tərəflərin yaxın günlərdə ortaq məxrəcə gələcəyi bildirilir.

Qeyd edək ki, 21 yaşlı Qvardiol son mövsümdə “Leyptsiq” forması ilə 41 matça çıxıb.