“Real” ulduz futbolçuya görə “Arsenal”ın “qapısını döydü”
“Real” “Arsenal”ın mərkəz müdafiəçisi Qabriel Maqalhaeslə maraqlanmağa başlayııb.
Aut.az xəbər verir ki, Madrid klubu onun transfer imkanları barədə İngiltərə təmsilçisindən məlumat soruşub. Bu barədə “TEAMtalk” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “topçular”ın rəhbərliyi sürətlə cavab verib. London klubu 28 yaşlı futbolçunu satmaq niyyətində deyil. “Arsenal”n məqsədi Avropanın ən güclü komandalarından birini yaratmaqdır, buna görə də lider oyunçuların heyətdə saxlanılması onlar üçün prioritetdir.
Cari mövsümdə Maqalhaes 32 rəsmi oyunda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun “Arsenal” ilə mövcud müqaviləsi 2029-cu ilin ortasına qədər qüvvədədir. Transfermarkt portalının qiymətləndirməsinə görə, braziliyalı müdafiəçinin bazar dəyəri 75 milyon avrodur.
Aut.az
