Qaydasız döyüş

İslamla döyüş təklifi edib, amma…

Keçmiş UFC çempionu (77 kq-a qədər), nigeriyalı Kamaru Usman, potensial rəqibləri ilə bağlı liqa rəhbərliyi ilə apardığı danışıqların təfərrüatlarını açıqlayıb.

Aut.az xəbər verir ki, 38 yaşlı idmançı UFC çempionu İslam Maxaçevlə döyüş təklif etdiyini, lakin rədd edildiyini bildirdi.

“İslamla mübarizə, şübhəsiz ki, istədiyim bir şey idi və düşünürdüm ki, bu, təkcə mənim üçün deyil, təkcə İslam üçün deyil, bütün təşkilat üçün əla olardı. Söhbətlərimiz oldu, amma Hanter Kempbell fərqli düşünür. Hanter Kempbell dedi: “Bilirsiniz, bəlkə də yox”. O, fərqli bir yolla getmək istəyir.

Drikusla döyüş kimi başqa təkliflər də almışam. Mənə gəldikdə, zəng edib rəqib təklif ediləndə həmişə qəbul edirəm. Amma bu, mənalı olmalıdır – əgər bu döyüş məni titula aparırsa, mən də bunu istəyirəm”, – Usman “YouTube” kanalı “Pound 4 Pound”da deyib.

Aut.az