Qaydasız döyüş

Sıradan çıxdı: 3-4 ay olmayacaq

MMA-nın ən yüngül çəki dərəcəsinin reytinqində üçüncü pillədə qərarlaşan Yayr Rodrigez keçirdiyi əl əməliyyatından sonra sıradan çıxıb.

Aut.az xəbər verir ki, 33 yaşlı döyüşçü bu ilin aprelində Patrisio Freyre üzərində hakimlərin yekdil qərarı ilə qazandığı qələbə zamanı əlindən zədə almışdı. Bu, onun il ərzində keçirdiyi yeganə döyüş olub.

Əvvəlcə Rodrigez əməliyyatdan qaçmağa və hazırkı çempion Aleksandr Volkanovskiyə qarşı mümkün döyüşə ümid edirdi. Lakin nəticədə həkimlər əməliyyatın zəruri olduğunu müəyyənləşdiriblər. Əməliyyat çərşənbə axşamı keçirilib və məlumatlara görə, uğurla başa çatıb.

Meksikalı idmançı indi təxminən üç-dörd ay rinqdən kənarda qalacaq. Onun oktagona qayıdışı 2026-cı ilin yanvar və ya fevral aylarından tez mümkün olmayacaq.

Aut.az