Həbib menecerlik etdi: Rəhmanova rəqib tapdı
Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov promosyon rəhbəri Dana Uayt ilə söhbətində menecer rolunu oynayıb.
Aut.az xəbər verir ki, sosial şəbəkələrdə “Fight Inc: Inside the UFC” filmindən fraqment peyda olub. Burada Uayt Həbib və menecer Əli Əbdüləzizlə Kamaru Usman və Şavkat Rəhmonov arasında döyüş perspektivini müzakirə edib.
“Əgər sən görkəmli döyüşçü olmaq istəyirsənsə, o zaman təkcə kəmərini müdafiə etməməli, həm də gənclərə fürsət verməlisən. İnsanlar beləcə böyük olurlar”, – deyə Həbib bildirib.
Həbib və Dana əl sıxaraq Usmanın Rəhmonovun növbəti rəqibi olacağı barədə razılığa gəliblər.
Aut.az
