Qaydasız döyüş

Həbibin məktəbi bağlanır

İyun ayında Dağıstanda baş verən terror aktından sonra təhlükəsizlik qüvvələrinin axtarış apardığı Abdulmanap Nurməhəmmədov adına döyüş sənəti məktəbi bağlanacaq.

Aut.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı iddia edib.

Qeyd olunur ki, Mahaçqalada bu ərazidə yaşayış kompleksi tikiləcək, Novı Xuşetdə isə yeni zalın açılışı planlaşdırılır.

İyunun 23-də Dərbənd və Mahaçqalada silahlı yaraqlılar iki pravoslav kilsəsinə, iki sinaqoqa və yol polisi postuna hücum edib, nəticədə 21 nəfər ölüb. Beş hücumçu öldürülüb. Onlardan biri əvvəl Abdulmanap Nurməhəmmədov adına Döyüş Sənətləri Məktəbində təlim-məşq toplanışında olub və bu səbəbdən də müəssisədə yoxlama aparılıb.

Döyüş sənəti məktəbi 2019-cu ilin dekabrında açılıb. UFC çempionu Həbib Nurməhəmmədov və onun atası, Rusiyanın Əməkdar Məşqçisi Abdulmanap Nurməhəmmədov tərəfindən təsis edilib.

Aut.az