Qaydasız döyüş

Şok iddia: Zədəsi yoxdur, narkotikə görə reabilitasiyadadır

Keçən həftə Konor Makqreqorun UFC 303-də Maykl Çandlerə qarşı iyunun 29-na planlaşdırılan döyüşü təxirə salındı.

Bildirilirdi ki, Makreqor zədəli olduğu üçün bu döyüş təxirə salınıb.

Aut.az xəbər verir ki, ESPN bununla bağlı şok məlumat yayıb.

Sabiq UFC döyüşçüsü və hazırda insayder olan Kael Sonnen iddia edir ki, Makqreqor zədə səbəbindən deyil, narkotik maddə istifadəsi ilə bağlı problemlərə görə reabilitasiyada olduğu üçün döyüş təxirə salınıb:

“Makqreqor zədəli deyil. Hər iki tərəfin spirtə böyük marağı olması və bir tərəfin (Makreqor) alkoqol da daxil olmaqla, narkotik maddələrdən istifadəyə görə reabilitasiyada olması qəribə istehzadır”.

Aut.az