Dünya futbolu

Messi etiraf etdi: Ən çox bu futbolçuya qarşı qəzəbli olub – FOTO

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi “Real Madrid”in keçmiş müdafiəçisi Serxio Ramos haqda danışıb.

Aut.az xəbər verir ki, Leo Ramosu meydanda ən çox toqquşduğu futbolçu kimi göstərib.

“Hansı oyunçu ilə daha çox toqquşurdum? Serxio Ramosla. Heç bir oyunçuya ona hirsləndiyim qədər qəzəbli olmamışam.

Sonradan komanda yoldaşı olduq, lakin “El klassiko” zamanı daim toqquşurduq. Bu matçlar gərgin keçirdi”, – Messi YouTube kanalı “Dispuestos a Todo”ya müsahibəsində deyib.

Messi etiraf etdi: Ən çox bu futbolçuya qarşı qəzəbli olub - FOTO

Aut.az