Klublararası DÇ-nin yeri və vaxtı açıqlandı
FİFA 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatı ilə bağlı məlumat yayıb.
Xatırladaq ki, turnir yenilənmiş formatda keçiriləcək. Yarışda 32 komanda iştirak edəcək.
Aut.az xəbər verir ki, 2025-ci ildə Klublararası Dünya Çempionatı Amerika Birləşmiş Ştatlarının stadionlarında keçiriləcək. Turnir iyunun 15-də başlayacaq və təxminən bir ay – 2025-ci il iyulun 13-dək davam edəcək.
Genişləndirilmiş turnir 2021-ci il iyunun 17-dən iyulun 4-dək keçirilməli idi, lakin FİFA 2020-ci ilin ortalarına deyil, 2021-ci ilin ortalarına köçürülən Avropa Çempionatı və Amerika Kubokunun COVID-19 pandemiyası səbəbindən təxirə salınmasına görə yarışı daha gec tarixə keçirdi.
2023-cü ildə klublararası dünya çempionatının qalibi finalda Braziliyanın “Fluminense” klubunu 4:0 hesabı ilə məğlub edən “Mançester Siti” olub.
Aut.az
