“Siti” və PSJ onun üçün yarışacaq
“Mançester Siti” “Monako”nun 23 yaşlı vingeri Maqnes Akliuşla maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.
Mənbənin sözlərinə görə, fransalı futbolçunun yayda knyazlıq klubunu tərk edəcəyi ehtimal edilir. Bununla belə, “şəhərlilər” Akliuşa göz dikən PSJ ilə rəqabət aparmalı olacaqlar.
Bu mövsüm hücumçu bütün turnirlərdə 40 oyuna çıxıb, 6 qol vurub və 10 məhsuldar ötürmə edib. Akliuşun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimidir. “Transfermark”tgörə, onun bazar dəyəri 40 milyon avrodur.
Aut.az
