Dünya futbolu

Kadinin son durumu açıqlandı

Bir müddət öncə ağır zədə alan “Krasnodar”ın futbolçusu Kadi Borgesin müalicə prosesi davam edir.

Aut.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi növbəti dəfə əməliyyat olunub. Bu barədə onun meneceri Helsio Alisk məlumat verib. O, Kadinin durumunun yaxşı olduğunu bildirib.

 

Kadi Borges Rusiya Premyer Liqasının “Spartak”la matçında rəqib futbolçu ilə toqquşmadan sonra huşunu itirib. Bu hadisəsən sonra xəstəxanaya aparılan sabiq “Qarabağ”lının beyni silkələndiyi və üz sümüyündə sınıqılar olduğu məlum olub.

Həkimlərin verdiyi məlumata görə, o, ən yaxşı halda yeni mövsümdən komandanın sıralarına qoşula biləcək.