Dünya futboluİspaniya

Mühüm bir hadisə baş verəcək, futbol dəyişəcək – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti Avropa Super Liqasının tezliklə yaradıla biləcəyi haqda məlumatlara münasibət bildirib.

“Bu məsələyə münasibət bildirmək üçün dekabrın 21-də nə baş verəcəyini gözləmək lazımdır. Ola bilsin ki, indiki futbolun tarixini dəyişəcək mühüm bir hadisə baş verəcək. Matç təqvimi və daha çox şey dəyişdiriləcək. Ancaq biz səbirli olmalıyıq”, – “Madrid Universal” “X” sosial şəbəkəsində (keçmiş Twitter) Ançelottidən sitat gətirib.

Daha ki, əvvəl “Real”ın prezidenti Florentino Peresin iki və ya üç divizionun daxil ola biləcəyi Super Liqanın yaradılması ilə bağlı 50-60 klubla danışıqlar apardığı barədə məlumatlar yayılmışdı. Həmçinin dekabrın 21-də UEFA və FİFA-ya qarşı antiinhisar iddiası üzrə Avropa İttifaqı məhkəməsi keçiriləcək. Əgər iddia qəbul edilərsə, klublar bu qurumların himayəsi altında keçirilən turnirlərdə iştirakdan imtina edə biləcəklər.

Aut.az