FUTBOLAzərbaycan futbolu

“Sabah”dan gedir: “Rəhbərliklə danışdım”

“Sabah”ın qapıçıı Nicat Mehbalıyev komandadan ayrıla bilər.

Bu barədə gənc qolkiper Aut.az-a açıqlamasında məlumat verib. O, bildirib ki, bu barədə klub rəhbərliyi ilə danışıb:

“Müqaviləmin sonuna hələ bir il də var. Amma rəhbərliklə danışığımız olub. Ola bilsin ki, hansısa formada yollarımızı ayırdıq”.

Qeyd edək ki, Nicat bu mövsüm Premyer Liqada cəmi bir oyunda meydana çıxıb.