PFL-dən Əzizlinin istəyinə reaksiya: Sponsor olsa…
Peşəkar Futbol Liqası (PFL) “Qəbələ”nin qapıçısı Rəşad Əzizlinin açıqlmasına cavab verib.
Aut.az xəbər verir ki, 29 yaşlı qolkiper Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilən “Qəbələ” – “Səbail” oyunundan sonra açıqlama verərək futbolçular kimi qapıçılar arasında da müsabiqənin keçirilməsini istəyib.
Artıq 2 aydır “Ayın qolu” nominasiyası üzrə qalibləri müəyyənləşdirən PFL-dən Əzizlinin istəyi ilə bağlı münasibət öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev Aut.az-a açıqlamasında bunları dedi:
“PFL nəinki “ayın qolu”, paralel olaraq bir sıra layihələr həyata keçirir. Nəzərə almalıyıq ki, əksər layihələrin baş tutması bilavasitə maliyyə ilə bağlıdır. Sponsorlar olacağı təqdirdə, gələcəkdə qapıçı qurtarışları üçün də layihə keçirilməsi mümkündür, lakin bu məsələ hazırda gündəmdə deyil”.
Qeyd edək ki, PFL “ayın qolu” layihəsində qalib olan futbolçulara 1000 manat mükafat verir.
Aut.az
