Dünya futboluTürkiyə

Klubu icazə verdi: “Trabzonspor”la danışıq apara bilər

“Şaxtyor”un və Ukrayna millisinin 28 yaşlı cinah oyunçusu Aleksandr Zubkov yaxın günlərdə “Trabzonspor”un futbolçusu ola bilər.

Aut.az xəbər verir ki, “Sport.ua” mənbələrinin məlumatına görə, “şaxtaçılar” futbolçusuna Türkiyə klubu ilə rəsmi danışıqlar aparmağa icazə verib.

Əgər Zubkov şəxsi şərtlərdə “Trabzonspor”la anlaşa bilsə, tezliklə Türkiyə Superliqasına keçəcək.

“Şaxtyor”un Zubkov üçün bonuslar da daxil olmaqla 6-7 milyon avro alacağı gözlənilir.

Yarımmüdafiəçinin “Şaxtyor”la müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir.

Bu mövsüm Zubkov 21 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.

Aut.az