“Qəbələ” xal itirdi
Futbol üzrə Azərbaycan 1-ci Liqasında 12-ci tura start verilib.
Aut.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. Turnir cədvəlinin ilk üç pilləsində qərarlaşan “Qəbələ”, “Karvan” və “İmişli” xal itirib.
I Liqa, 12-ci tur
MOİK – “İmişli” 4:3
Qollar: V.Əsgərov, 55, İ.Əliyev, 78, 90+5 (pen), S.Allahquliyev, 90+7 – M.Tahirov, 15, E.Rəhimzadə, 58, S.Fərəcov, 67 (pen)
“Karvan” – “Difai” 3:3
Qollar: E.Qasımov, 6, 26, 90 – C.Kamta, 3, 45 (pen), M.Alfa, 12
“Qəbələ” – “Baku Sportinq” 0:0
