İspaniya

Valensiyada Vinisiusun qalmaqallı heykəli qoyuldu – FOTOLAR

Braziliya millisinin və “Real”ın futbolçusu Vinisius Junior Valensiyada mübahisəli mükafatın baş qəhrəmanı olub.

Aut.az xəbər verir ki, Martın 15-dən 19-dək davam edən illik Fallas festivalında onun heykəlinin açılışı olacaq. Lakin gözlənilməz bir formada.

Əsərin müəllifi rəssam Viktor Navarro heykəlini “Kagallo D’Or” – “Qızıl Turd” adlandıraraq “Qızıl top”a istinad etmək qərarına gəlib. Əsərin əsas detalı oyunçunun əlindəki zərli nəcisdir.

Navarro izah edib ki, əsər futbolçunun “timsah göz yaşlarını” və mübahisəli vəziyyətlərdə onu dəstəkləyən “Real” azarkeşlərinin reaksiyasını simvollaşdırır.

Festivalın ənənəsinə görə, fiqurların əksəriyyəti yazın gəlişini simvolizə edən bayramların sonunda yandırılır. Bununla belə, tamaşaçıların seçdiyi ən yaxşı heykəl saxlanıla bilər.

Xatırladaq ki, bu mövsüm 24 yaşlı braziliyalı La Liqada 15 matçda 8 qol vurub, 5 məhsuldar ötürmə edib.

Aut.az

Valensiyada Vinisiusun qalmaqallı heykəli qoyuldu - FOTOLAR Valensiyada Vinisiusun qalmaqallı heykəli qoyuldu - FOTOLAR