İspaniya

İspaniyada növbəti qalmaqal: Kapitanı İkardinin bacısı ilə səhv saldılar

İspaniyada dünya çempionu olan futbol üzrə qadınlardan ibarət milli komandayla bağlı növbəti qalmaqal yaşanıb.

Aut.az xəbər verir ki, mundialda qızıl medal qazanan yığmanın xanım üzvləri Nazirlər Kabinetinin göstərişi ilə İdman Ali Şurası tərəfindən medalla təltif ediliblər. Ancaq qurum futbolçuların siyahısıbnı dövlət qəzetində dərc edən zaman kobud səhvə yol verib.

5 futbolçunun adı səhv yazılıb. Xüsusilə komandanın kapitanı, “Real”ın üzvü olan İvana Andresin adındakı səhv diqqət çəkib. Siyahı hazırlanan zaman o, “Qalatasaray”ın futbolçusu Mauro İkardinin bacısı İvana İkardi ilə səhv salınıb.

Hadisədən sonra İdman Ali Şurası səhvə görə ictimaiyyətdən üzr istəyib.