Ardanın “Barsa”ya transferinin DETALLARI
“Fənərbağça”nın yarımmüdafiəçisi Arda Gülərin ”Barselona”ya keçidinin detalları bəlli olub.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. “Barsa”nın idman direktoru Deku 18 yaşlı futbolçunun 17,5 milyon avroya transferi ilə bağlı razılaşma əldə edib. Sövdələşməyə bir illik icarə də daxil edilib.
Mənbənin sözlərinə görə, Gülər bu yay “Barselona”ya keçmək istəyirdi, lakin Türkiyədə daha bir mövsüm oynamağa razılıq verib. “Barsa” bu mövsüm futbolçunu qeydiyyatdan keçirə biləcəklərinə əmin olmadığı üçün müqaviləyə icarə bəndini də daxil ediblər.
Aut.az
