“Barselona”nın baş məşqçisinə bu cəza verildi
İspaniya Futbol Federasiyasının İntizam Komitəsi “Barselona”nın baş məşqçisi Hans-Diter Fliki La Liqanın 16-cı turunun “Betis”lə oyununda (2:2) davranışına görə cəzalandırıb.
Aut.az xəbər verir ki, alman mütəxəssis ona qırmızı vərəqə göstərən hakimlə mübahisə edib. Noyabrın 11-də Flik intizam komitəsinin qərarı ilə iki oyunluq diskvalifikasiya alıb. “Barselona”nın qərardan şikayət etmək üçün 10 günü var.
Xatırladaq ki, Flik yarımmüdafiəçi Frenki de Yonqun hücumçu Vitor Rokaya etdiyi kobud oyuna görə penalti təyin edildikdən sonra matçın baş hakimi Alexandro Ruizlə mübahisə etməyə başlayıb.
Hakimin rəyində Flikin “texniki zonanı tərk etdiyinə, qışqırdığına, qərardan birinə etiraz etdiyinə görə” meydandan qovulduğu bildirilib.
Aut.az
