Öz rekordlarını qıraraq dünya çempionu oldu
Şimali Koreyalı ağır atlet Ri Sook Bəhreyndə keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında 64 kq çəki dərəcəsində qalib gəlib.
Aut.az xəbər verir ki, KXDR idmançısının nəticəsi 264 kq-dır. O, birdən qaldırmada 115 kq, təkanla qaldırmada 149 kq çəkinin öhdəsindən gəlib. Ri Sook təkanla qaldırmada 146 kq və cəmi 260 kq olan öz dünya rekordlarını yeniləyib.
Digər Şimali Koreyalı Rin Yun Sim isə 256 (116+140) kq-la ikinci yeri tutub. Çinli Li Şuanq 241 (107+134) kq ilə bürünc medal qazanıb.
Qedy edək ki, ağır atletika üzrə dünya çempionatı dekabrın 15-də başa çatacaq.
Aut.az
