İspaniya

Fuente açıqladı: Yamalla Karvaxal arasında gərginlik davam edir?

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente milli komandanın futbolçuları – “Barselona”nın cinah oyunçusu Lamin Yamal və “Real”ın müdafiəçisi Dani Karvaxal arasında son vaxtlar yaşanan gərginlik barədə danışıb.

Aut.az xəbər verir ki, La Liqanın 10-cu turunda keçirilən və Madrid klubunun 2:1 hesablı qələbəsi ilə başa çatan “El Klasiko”dan sonra 33 yaşlı “Real” kapitanı Karvaxal 18 yaşlı Yamala tərəf dönərək “Sən çox danışırsan! Hadi, danış görüm!” – deyə qışqırmışdı.

“Millidə heç vaxt insident olmayıb. Heç bir qarşıdurmadan söhbət gedə bilməz. Komanda daxilində ailə və birlik atmosferi hökm sürür. “El Klasiko”dan sonra Laminlə də, Dani Karvaxalla da uzun müddət danışdım,” – deyə de la Fuente bildirib.

Aut.az