Gələcəyi müəmmalıdır: A Seriyasına qayıda bilər
“Liverpul”un sağ cinah oyunçusu Federiko Kyezanın taleyi hələ də sual altındadır.
Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat verib.
28 yaşlı hücumçu İtaliya liqasına qayıtmağa hazırdır. Onun Seriya A klublarından iki təklifi var.
Daha əvvəl “Roma” və “Napoli”nin də onunla maraqlandığı bildirilirdi.
Tərəflər hazırda bütün mümkün ssenariləri araşdırırlar. Potensial transfer qarşıdan gələn yay transfer pəncərəsində baş tuta bilər.
İtaliyanın müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədərdir və “Transfermarkt” onun dəyərini 15 milyon avro olaraq qiymətləndirir.
Xatırladaq ki, Kyeza 2024-cü ilin avqustunda Premyer Liqaya keçib. O, “Liverpul”da 50 oyun keçirib, beş qol vurub və beş məhsuldar ötürmə edib.
Aut.az
