Klubsuz qalıb, görün harada məşq edir
Martın 4-də Dele Alli “Tottenhem”in məşq meydançasında məşq edib.
Aut.az xəbər verir ki, 29 yaşlı futbolçu hazırda klubsuz, azad agentdir.
London klubu Alliyə komandanın keçmiş oyunçusu kimi məşq meydançasından istifadə etməyə icazə verib.
Dele Allinin son klubu İtaliyanın “Komo” olub. O, 2025-ci ilin yanvar ayında oraya keçdi, lakin komandada cəmi bir oyun keçirdikdən sonra həmin ilin sentyabrında ayrıldı.
Aut.az
