İngiltərə

Rekord qırıldı: Görün Premyer Liqada transferlərə nə qədər xərclənib

İngiltərə Premyer Liqa klubları bu yay transferlərə rekord məbləğdə pul xərcləyib.

Aut.az xəbər verir ki, bu barədə “Transfer News Live” məlumat yayıb.

Qeyd olunur ki, İngiltərə çempionatının bütün təmsilçiləri heyətlərini gücləndirmək üçün 2,5 milyard funt-sterlinqdən çox pul xərcləyiblər.

Əvvəlki rekord 2023-cü ildə qeydə alınmışdı. Həmin vaxt Premyer Liqada iştirak edən komandalar ümumilikdə 2,36 milyardlıq müqavilə imzalamışdılar.

Aut.az