İngiltərə

Qvardiola ilə bağlı sensasion iddia: Londonda görüşdülər

“Milan” Pep Qvardiola ilə bağlı ciddi plan qurur.

Aut.az xəbər verir ki, bu barədə “Corriere della Sera” məlumat yayıb. Bildirilir ki, iki gün əvvəl klub rəhbərliyi Londonda komandanın gələcək idman direktoru olacağı güman edilən Fabio Paratiçi ilə görüşüb.

Paratiçi yeni baş məşqçi kimi hazırda “Marsel”ə rəhbərlik edən Roberto De Zerbini görür. Bununla belə, görüşdə “Mançester Siti”ni çalışdıran Pep Qvardiolanın da adı çəkilib. Hazırda ispaniyalı ilə bağlı variant, demək olar ki, fantaziya sayılır. Lakin gələcəkdə belə əməkdaşlıq istisna edilmir.

Aut.az