Hamı ərəbləri deyir, bir ingilislərin xərcinə baxın
Premyer Liqa komandaları yay transfer pəncərəsində 2,36 milyard funt sterlinq (2,97 milyard dollar) xərcləyərək rekorda imza atıblar.
Aut.az xəbər verir ki, “Deloitte”in hesabatına görə, Premyer Liqa klubları Avropanın ən yaxşı 5 liqasında bütün xərclərin 48%-nə cavabdehdir.
Bir pəncərədə xərcləmələr üzrə əvvəlki rekord 1,92 milyard funt sterlinq olub. 14 Premyer Liqa klubu keçən yaydan çox pul xərcləyib.
Həmçinin qeyd edilir ki, yeni sahibləri olan “Çelsi” 2022-ci ilin may ayından etibarən transferlərə artıq bir milyard dollardan çox pul xərcləyib.
Moyses Kaysedo (100+15m fut) və Deslan Rays (100+5m) bu yay Premyer Liqada ən bahalı transferlər olub.
Aut.az
