İspaniya

Neqreyra işi ilə bağlı hesabat: Qərəzsiz olmayıb

İspaniyanın Hakimlər Komitəsi Xose Neqreyranın vaxtında qərəzsiz olmayıb.

Aut.az xəbər verir ki, bu qənaətə İspaniyanın Mülki Qvardiyası Barselona İstintaq Məhkəməsinin tələbi ilə hazırladığı hesabatda gəlib.

Xatırladaq ki, prokurorluq “Barselona”nı Hakimlərin Texniki Komitəsinin (CTA) vitse-prezidenti vəzifəsində çalışmış Xose Mariya Enrikes Neqreiraya verilən ödənişlərlə bağlı korrupsiyada ittiham edir. Prokurorluğun məlumatına görə, 2001-ci ildən 2018-ci ilə qədər Neqreyraya 7,3 milyon avro ödənilib.

Kataloniya klubu Neqreyranın hazırladığı hakim hesabatlarının pulunu ödədiyini iddia edib.

İspaniya Mülki Qvardiyası belə nəticəyə gəlib ki, Neqreyranın fəaliyyəti dövründə komitə “həmişə idman qərəzsizliyinə əsaslanmayan” qərarlar qəbul edib. Bu barədə “El Mundo” yazıb.

Aut.az