İngiltərə

“Tottenhem” PSJ-nin hücumçusunu transfer etdi

PSJ-nin hücumçusu Randal Kolo-Muani karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Fransa millisinin 26 yaşlı futbolçusu “Tottenhem”ə 2025/26 mövsümü üçün icarəyə veriləcək. Müqavilədə məcburi satınalma şərti nəzərdə tutulmayıb.

Qeyd edək ki, Kolo-Muani ötən mövsümün ikinci yarısını “Yuventus”da icarədə keçirib. O, A Seriyasında 16 oyunda 8 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az