İspaniyaİtaliya

Morata 7 illik evlilikdən sonra boşandığı modellə barışdı

Alvaro Morata 7 il evli olduğu və ötən ilin avqustunda boşandığı model və iş qadını Alisiya Kampello ilə barışıb.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo”nun jurnalisti Xavyer de Hoyos məlumat verib .

“Bu yay ayrıldılar, səbəblər haqqında çoxlu şayiələr var idi, amma indi hər şey dəyişdi. Sevgi hər şeyə qalib gəlir, ona görə də bir-birlərinə ikinci şans verməyə qərar verdilər.

İtaliya mətbuatında onların yenidən birləşməsi haqda şayiələr çıxdı. Təsdiqlənməmiş bir şey söyləmək və axmaq kimi görünmək istəmədiyim üçün onları Alvaroya yönləndirdim. Cavab verdi: “Cavi, sənə deməliyəm ki, belədir. Bir-birimizə ikinci şans verdik”, – jurnalist yazıb.

Qeyd edək ki, cütlüyün dörd övladı var.

Aut.az