Ərəblər onu “Real”dan qopara bilmədilər – Toxunulmazdır
“Real Madrid”in və Almaniya millisinin müdafiəçisi Antonio Rüdiger Səudiyyə Ərəbistanına getmək istəmir.
Aut.az xəbər verir ki, bu barədə məşhur jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində yazıb.
Mənbənin sözlərinə görə, “Əl-İttihad” və daha əvvəl adı çəkilən “Əl-Nəsr”in son dərəcə sərfəli təklifinə baxmayaraq, futbolçu İspaniya klubunu tərk etmək variantının nəzərdən keçirmir. Bildirilir ki, “kral klubu” da futbolçunun gedişində maraqlı deyil və onu toxunulmaz hesab edir.
Rüdiger son Avropa çempionatında Almaniya millisinin heyətində beş oyun keçirib və turnirin 1/4 finalına çıxıb.
Xatırladaq ki, ötən mövsüm Rüdiger “Real”ın heyətində bütün yarışlarda 48 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 25 milyon avrodur.
Aut.az
