Yoxsulluq: Lamin Yamal belə şəraitdə böyüyüb – VİDEO
Futbol həvəskarı “Barselona”nın və İspaniya millisinin ulduz futbolçusu Lamin Yamalın böyüdüyü yerlərə mini tur təşkil ediblər.
Aut.az xəbər verir ki, bu video “Pubitysport” tərəfindən yayımlanıb. Videoda Laminin oynadığı beton futbol meydançası, ailəyə məxsus kafe-bar, Yamalın ilk futbol klubunun meydançası, hətta hazırda 17 yaşlı vingerin ailəsinin yaşadığı ev də əks olunub.
Kadrlarda gələcək Avropa çempionunun kifayət qədər çətin şəraitdə böyüdüyü əks olunub. Hər yerdə yoxsulluq var.
Aut.az
