İspaniya

“Real” Mbappe məsələsində qəti qərar qəbul etdi

 “Real” Kilian Mbappe məsələsində qəti qərar verib.

Aut.az xəbər verir ki, “kral klubu” Mbappenin mümkün transferi məsələsinə daha qayıtmaq niyyətində deyil.

Bu barədə “Cadena SER” məlumat yayıb.

Bildirilir ki, “Real” rəhbərliyi, fransalı hücumçu parislilərlə müqaviləsini yeniləməsə və azad agent statusu alsa belə, onunla bir daha əlaqə saxlamamaq qərarına gəlib.

Bildirilir ki, “Real” ilk növbədə Mbappenin çox yüksək şəxsi maliyyə tələblərindən razı deyil. İkincisi, Madrid klubu 20 yaşına qədər olan top oyunçuları transfer etmək kursunu davam etdirmək istəyir.

24 yaşlı Mbappe 2018-ci ilin yayından PSJ-də çıxış edir. Onun Fransa komandası ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Aut.az