İngiltərə

Ərəblər ÇL-in 4 qat qalibi uğrunda vuruşurlar

Səudiyyə Ərəbistanı klubları “Mançester Yunayted”in mərkəz müdafiəçisi Rafael Varanla maraqlanır .

Aut.az xəbər verir ki, bu barədə “CaughtOffside” məlumat yayıb.

Mənbə qeyd edir ki, maraqlı tərəflər siyahısında “Əl-Hilal”, “Əl-Əhli”, “Əl-Nəsr” və “Əl-İttihad” var. “Mançester Yunayted” 30 yaşlı fransalıya əvəzedici kimi onun həmyerlisi, “Nitsa”dan Jan-Kler Todibonu nəzərdən keçirir.

Bu mövsüm Rafael Varan “Mançester Yunayted”in heyətində 10 oyun keçirib, 1 qol vurub. Avropada oynayarkən o, 4 Çempionlar Liqası da daxil olmaqla 20 klub kuboku qazanıb.

Aut.az