Bilmirəm ÇL-i şənbə günü, yoxsa bu gün qazandıq – Kasilyasın bu keçidə reaksiyası
“Real”ın sabiq kapitanı İker Kasilyas Kilian Mbappenin Madrid klubuna keçməsinə münasibət bildirib.
Aut.az xəbər verir ki, Kasilyas bu barədə sosial şəbəkələrdə yazıb.
“Bilmirəm Çempionlar Liqasını şənbə günü, yoxsa bu gün Mbappe ilə müqavilə bağlamaqla qazandıq.
Dünyanın ən yaxşı klubuna xoş gəlmisiniz, Kilian. Xoşbəxtliyinizi tapmaq üçün heç vaxt gec deyil. 16-cı kuboka yol səndən başlayır”, – Kasilyas yazıb.
“Real” Mbappe ilə 2028/29 mövsümünün sonuna qədər – 5 illik müqavilə imzalayıb. 25 yaşlı futbolçu PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi Madrid klubuna keçib.
Aut.az
