İngiltərə nəhəngləri ona görə “Barsa”nın “qapısını döydülər”
“Arsenal” və “Liverpul” “Barselona”nın 27 yaşlı yarımmüdafiəçisi Frenki de Yonqla maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “TBR Football” məlumat yayıb.
Mənbənin sözlərinə görə, İngiltərə klubları niderlandlı futbolçunun gələn yay mümkün transferini müzakirə etmək üçün artıq “Barsa” ilə əlaqə saxlayıb.
De Yonq bu mövsüm bütün turnirlərdə 24 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt”də futbolçunun bazar dəyəri 45 milyon avrodur.
Aut.az
