“İnter”də ciddi itki: Əməliyyat olundu
“İnter”in əsas qapıçısı Yann Sommer sındırdığı sağ barmağından uğurla əməliyyat olunub.
Aut.az xəbər verir ki, bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, 36 yaşlı qolkiperin qısa istirahətdən sonra gələn həftə bərpa prosesinə start veriləcək.
Sommer bu mövsüm bütün turnirlərdə “neradzurri” ilə 35 matç keçirib, 28 qol buraxıb və 19 qapını təmiz saxlayıb.
Aut.az
