Voleybol

“Gəncə” evdə uduzdu

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada 12-ci turun növbəti oyunu keçirilib.

Aut.az xəbər verir ki, Gəncə İdman Sarayında “Gəncə” komandası “Milli Aviasiya Akademiyası” klubunu qəbul edib.

Qələbə qazanan tərəf qonaq komanda olub – 3:1.

Qadın voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları 27 fevralda keçiriləcək.

“Gəncə”  “Milli Aviasiya Akademiyası” 1:3 (14:2516:25, 25:23, 17:25)