Mövsümün ilk “El Klasiko”su – La Liqa tarixi təsdiqlədi
İspaniya çempionatının cari mövsümünün ilk “El Klassiko”su oktyabrın 26-da baş tutacaq.
Aut.az xəbər verir ki, “Real” və “Barselona” arasında 11-ci turun oyunu “Santyaqo Bernabeu” (Madrid) stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.
“Barsa”nın doğma arenasında baş tutacaq cavab matçı gələn ilin mayına təyin edilib. Ötən mövsüm İspaniyanın ən titullu klubları arasında keçirilən hər iki qarşılaşma 3:2 və 2:1 hesablı qələbə ilə “Real Madrid”in qələbəsi ilə başa çatıb.
Aut.az
