Ançelotti “Real”dan ayrılır: Bu kluba keçir?
“Roma”nın baş məşqçisi Klaudio Ranyeri mövsümün sonunda məşqçi postunu tərk edərək klubda rəhbər vəzifəyə keçəcək.
Aut.az xəbər verir ki, bu barədə “Sky Sport”un jurnalisti Ancelo Manqiante məlumat verib.
Mənbənin sözlərinə görə, “Roma” qısa müddətdə Ranyeriyə uzunmüddətli əvəzləyici tapmaq niyyətindədir və artıq uyğun namizədlərin tapılması üzərində işləyir.
Klubun növbəti çalışdırıcısının böyük ehtimalla italyan olacağı qeyd olunur. “Roma” Karlo Ançelotti, Massimiliano Alleqri və Vinçenso Montella ilə maraqlanır.
Aut.az
