İspaniya

104 oyunluq seriya qırıldı

İspaniya La Liqasının 33-cü turunda “Barselona” “Malyorka”nı 1:0 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, bu matçda Kataloniya klubunun müdafiəçisi Jül Koundenin uzun müddətli seriyası qırılıb. O, bütün görüş boyu ehtiyat oyunçular skamyasında oturub.

2023-cü ilin noyabrından bəri ilk dəfə fransalı futbolçu Kataloniya komandasının heyətində futbol meydançasına çıxmayıb. Həmin vaxt müdafiəçi “Barsa”nın “Rayo Valyekano” ilə səfər matçını (1:1)  ehtiyat skamyadan izləyib.

Nəticədə futbolçunun ardıcıl 104 matçlıq seriyasına son qoyulub.

Aut.az