Ançelotti elan etdi: Tort hazırdır
“Real”ın baş məşqçisi Karlo Ançelotti “Barselona” ilə oyundan əvvəl bildirib ki, indiyə qədərki mövsümdən tam razıdır, lakin bazar günü katalonları məğlub edərək La Liqada liderliyi möhkəmləndirmək lazımdır.
Aut.az xəbər verir ki, “Real” bu həftə komanda Çempionlar Liqasının yarımfinalına yüksəlib.
“Hazırkı mövsümü dəyərləndirsək, tort artıq hazırlanıb, qalan odur ki, üstünü bəzəmək lazımdır. “Barselona” ilə oyundan başlayaraq yaxın gələcəkdə buna nail olmalıyıq.
Düşünürəm ki, kataloniyalılarla bizi çox rəqabətli matç gözləyir. “Mançester Siti”dən sonra tənqid? Tənqid məni təəccübləndirmir.
Topsuz yaxşı çıxış etdik, irəlilədik. Nədənsə, matçdan sonra heç bir “Real” azarkeşinin üzüldüyünü görmədim”, – Ançelotti deyib.
Kataloniyalılara qalib gəlsələr, “Real” turnir cədvəlində rəqibini 11 xal qabaqlayacaq.
Aut.az
