17 yaşlı futbolçu 21 yaşlı modellə “sevgi müqaviləsi bağladı
Bu yay “Real” keçəcək “Palmeyras”ın 17 yaşlı hücumçusu Endrik, evlənmək niyyətində olduğu sevgilisi, 21 yaşlı model Qabrieli Miranda ilə “sevgi müqaviləsi” bağladığını söyləyib.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Bildirilir ki, bu müqavilənin bəndlərinə əsasən, Endrik və Qabrielinin heç bir asılılığı olmamalı, nitqlərində müəyyən sözlərdən istifadə etməməli, həmçinin davranışı kəskin şəkildə dəyişməməlidirlər. Bundan əlavə, braziliyalı futbolçunun özünün dediyi kimi, o və qız bir-birlərinə mümkün qədər tez-tez “səni sevirəm” deməlidirlər.
Xatırladaq ki, daha əvvəl Endrikin altı aydan az müddətdir münasibətdə olmasına baxmayaraq, Miranda ilə evlənmək niyyətində olduğu barədə məlumat yayılmışdı.
Aut.az
