Ultras klubun ofisinə girərək tələb edib ki…
“Marsel”in keçmiş baş məşqçisi Marselino Toral rəhbərlik etməyə başladıqdan 3 ay sonra komandanı tərk etməsinin səbəbini açıqlayıb.
“Marsel”in prezidenti mənə dedi: “Sən belə şəraitdə işləyə bilməyəcəksən”. Ultras dialoq üçün klubun ofisinə daxil oldular və onların başçıları prezidentə dedilər ki, məni işdən çıxarmasalar, klubu tərk edəcəklər.
Həmçinin prezidentdən mənim işdən azad olunacağıma zəmanət verməsini tələb etdilər”, – Marselinonun sözlərini “Relevo” sitat gətirib.
Xatırladaq ki, daha əvvəl mətbuatda klubun azarkeşlərinin komandanın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində mübarizədən kənarlaşdırılmasından, eləcə də komandanın oyun səviyyəsindən narazı olması ilə bağlı məlumat yayılmışdı.
Aut.az
