O oyundan əvvəl Mourinyo Samuel Eto’Onu belə motivasiya edib
2008-2010-cu illərdə “İnter”ə rəhbərlik edən “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının 1/8 finalında “Çelsi”si ilə cavab matçından əvvəl Samuel Eto’Onu necə motivasiya etdiyini nümunə göstərərək futbolçularla ünsiyyət psixologiyasından danışıb.
Aut.az xəbər verir ki, Mourinyonun sözlərini “Goal” sitat gətirib.
Həmin oyunda 1:0 hesabı ilə qalib gələn “İnter” iki oyunun ümumi hesabına Çempionlar Liqasının 1/4 finalına yüksəlib. Yeganə qolu Eto’O vurub.
“Psixologiya həm işin, həm də futbolçularla oyunun bir hissəsidir. Mətbuatla necə rəftar etməyiniz oyunlarda qalib gəlməyinizə kömək etməyəcək. Amma oyunçularla necə ünsiyyət quracağınız isə… Bəli, mən yüzlərlə futbolçu ilə işləmişəm və hər zaman hər birinə fərdi yanaşmışam. Hər bir insan fərdidir.
Mən çox güclü psixoloji futbolçunu – Samuel Eto’Onu misal çəkəcəyəm. “Stamford Bric”dəki matçdan bir həftə əvvəl onunla hər gün mübahisə edirdim. Uzun mübahisələrimiz oldu, ona çox təzyiq etdim. Ona dedim: “Səni heyətə salmayacağam. Ən yaxşı səviyyədə deyilsən. Oynamayacaqsan.”
Mənə dedi: “Xahiş edirəm, cənab, icazə verin, oynayım”. Mən də ona: “Xeyr, yox, oynamayacaqsan. Hal-hazırda kifayət qədər yaxşı deyilsən. Mən sizə güvənmirəm” dedim.
Bir sözlə, onunla bir həftə emosional iş oldu”, – Mourinyo deyib.
Aut.az
