Ronaldo yeni biznesini elan etdi: Görün hansı sahəyə pul yatıracaq
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo və britaniyalı kinorejissor Metyu Voqan “UR•Marv” adlı müstəqil kinostudiya yaradıblar.
Aut.az xəbər verir ki, bu barədə 40 yaşlı ulduz X sosial şəbəkəsində məlumat verib.
“Bu, mənim üçün maraqlı bir başlanğıcdır. Çünki biznesdə yeni başlanğıcları səbirsizliklə gözləyirəm”, – deyə Ronaldo bildirib.
Voqan isə bu sözləri deyib: “Kriştiano futbol meydançasında heç vaxt yaza bilmədiyim hekayələr yaradır. Onunla ruhlandırıcı filmlər çəkməyi səbirsizliklə gözləyirəm. O, əsl superqəhrəmandır”.
“UR•Marv” vasitəsilə Ronaldo və Voqan iki döyüş filmini birgə maliyyələşdirməyi planlaşdırırlar. Onların tezliklə ilk filmi elan edəcəkləri gözlənilir.
Aut.az
