“Qarabağ”ın rəqibi evdə uduzdu
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Atletik” İspaniya La Liqasının IV turunda “Alaves”lə qarşılaşıb.
Aut.az xəbər verir ki, Bilbao təmsilçisi azarkeşləri önündə minimal hesabla məğlub olub – 0:1.
“Atletik” 4 turdan sonra 9 xalla 3-cü sıradadır.
“Qarabağ” “Atletik”lə oktyabrın 22-də səfərdə qarşılaşacaq.
